Rövnəq Abdullayev Mikayıl Cabbarovun idarəçiliyinə verildi
AzTimes.az xəbər verir ki, ölkə başçısı İlham Əliyev SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair fərman verib. Fərmana əsasən SOCAR-ı bundan sonra Müşahidə Şurası idarə edəcək. Şuranın sədrini ölkə başçısı təyin edir, üzvlərini də (7 nəfər) yenə ölkə başçısı təsdiqləyir. Müşahidə Şurasının sədri itqtisadiyyat naziri Mikayıl Cabbarov təyin edilib. Bu baxımdan demək olar ki, SOCAR İqtisadiyyat Nazirliyinə birləşdirildi.