Azad Rəhimovdan açıqlama gəldi:”Narahatçılığa heç bir səbəb yoxdur”
Bu gün bir sıra kütləvi informasiya vasitələrində Gənclər və İdman naziri Azad Rəhimovun səhhətinin ağırlaşması, ABŞ-da hətta komaya düşməsi barədə xəbərlər yayılıb.
REAL-ın ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun özü ilə indicə əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu deyib. “Narahatlığa heç bir əsas yoxdur!” Sitatın sonu.
AzTimes.az