SON DƏQİQƏ! Avtomobillərdə bu formada plyonka vurulması QADAĞAN EDİLDİ

Baxılıb:923
SON DƏQİQƏ! Avtomobillərdə bu formada plyonka vurulması QADAĞAN EDİLDİ

Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı dəyişə bilər.

Aztimes.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan  əlavə əşyaların qoyulması və ya  şüşələrə  hər hansı  formada və ölçüdə örtüklər  (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitələrinin nasazlıqları sırasına daxil edilib. Layihəyə əsasən, bu sıraya jalüz çəkilməsi də daxil edilir.

Qüvvədə olan qanuna əsasən, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilərdi. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilirdi. Layihəyə əsasən, avtomobillərin və   avtobusların  qabaq  şüşəsinin  yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilməsinə dair müddəa ləğv edilir. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə isə yenə də icazə veriləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, hər iki  tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin  arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya  sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Ancaq qanuna dəyişiklik qəbuledildikdən sonra sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyən ediləcək. 


Abunəlik