Şəmkirdə jurnalist şantaja görə qətlə yetirildi

Baxılıb:588
Şəmkirdə jurnalist şantaja görə qətlə yetirildi

Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B.Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun “Qərb bölgəsi press” adlı qəzetin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik