Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə-RƏSMİ CAVAB
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada məktəb tikdirməsinə rəsmi reaksiya verilib.
AzTimes.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:
“Bunlar Azərbaycan hökümətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək”.
“Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən Azərbaycana gələnlər var”, – deyə o qeyd edib.
Xatırladaq ki, Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb. O, “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbini inşa etdirmək niyyətində olduğunu deyib.
/oxu.az