Kəlbəcərdən Qarabağa getmək mümkün olmalıdır-Erməni deputat

Baxılıb:1027
Kəlbəcərdən Qarabağa getmək mümkün olmalıdır-Erməni deputat

Erməni xalqı 9 noyabrda imzalanan sənədin məntiqinə uyğun olaraq Qarabağın blokadadan çıxarılmasını tələb edirlər”.

AzTimes.az  Qazet.az -a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin üzvü Taquhi Tovmasyan “Zoğovurd” qəzetinə açıqlamasında bildirib.

“Müharibədən sonra blokadanın aradan qaldırılmasından və azad iqtisadi münasibətlərdən danışırıqsa, onda Qarabağ da mühasirədən çıxmalı və yalnız Laçının “dar dəhlizinə” güvənilməməlidir. 10 noyabrdan sonra Ermənistan Respublikasının Baş naziri, Ermənistan Respublikasının Prezidenti, Rusiyanın Ermənistan Respublikasındakı səfiri və digər yüksək vəzifəli rəsmilərlə görüşüb Kəlbəcər avtomobil yolunun istifadəyə verilməsinə kəskin ehtiyac olduğunu bildirdim. Bu magistral ən azı rus sülhməramlılarının müşayiəti ilə işləməlidir. Qarabağın və Qarabağa gedənlərin təhlükəsizliyini təmin etməkdə onların rolu çox vacibdir”, – Tovmasyan qeyd edib.


Abunəlik