Icra hakimiyyətinin məsuliyyətsizliyi “Nar şəhəri”ni zibilliyə çevirib-Göyçay zibil içində

Baxılıb:312
Icra hakimiyyətinin məsuliyyətsizliyi “Nar şəhəri”ni zibilliyə çevirib-Göyçay zibil içində

Azərbaycan Raspublikasının prezidenti İlham Əliyev cənablarının regionlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, rayonlarda abadlıq, quruculuq işləri aparılır.  Bunun üçün dövlət büdcəsindən milyonlar ayrılır. Bəzi icra hakimləri təyinatı səhv salıb. Anlamırlar ki, bu pullar xalqın rifahı üçündür-onların bahalı restoranlarda səpməsi, dəbdəbəli həyat yaşaması, qardaşı oğullarının at oynatması  üçün yox.

Göyçay Azərbaycanın mühüm rayonlarından hesab olunur. Rayona prezidentin qayğısı daim hiss olunur. Bu rayon 2006-cı ildən bu yana xarici turistlərin axın etdiyi rayonlar sırasındadır. Belə ki, tarixən   post-sovet məkanında öz narı ilə məhşur olan Göyçay  2006-cı ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Göyçay İcra hakimiyyətinin təşəbbüsü ilə hər il “Nar Festivalı”-na ev sahibliyi edir. Bu isə xarici turist axını deməkdir. Belə mühüm bir rayon icra hakiminin səriştəsizliyi üzündən zibilliyə qərq olub. Şəhərin H. Əliyev prospekti, M. Şəhriyar küçəsi, N.Nərimanov küçəsində antisanitariya hökm sürür. Göyçay rayonunda zibil qabılarının çatışmazlığı sakinlərin məcburiyyət qarşısında qalaraq zibili yol kənarlarına yığması ilə nəticələnir. Zibil maşınlarının gecikməsi, isti hava şəraiti nəinki üfunətin ətrafa yayılmasına, həm də buraya heyvanların yığışmasına səbəb olur. Yaxın müddətdə icra hakiminin ” nəvazişi ” sayəsində rayonda epidemiya xəbərləri yayılsa, heç də təəccüb doğurmaz.  Zibil qablarının olmaması həm də  təmizlik işi ilə məşğul olan işçilərin işini çətinləşdirir. Bu müvafiq orqanların işçinin şərəf və ləyaqətini alçaltmasıdır. Əhali bu pintilikdən artıq cana doyub.   Ümid edirik ki,  hər zaman öz  mədəniyyəti ilə seçilən Göyçay sakinlərinin bu tələbləri icra hakimi  Mehdi Səlimzadənin mürgüləyən vicdanını silkələyər, zibil qabı problemi həll olunar.Fərid Abdinov /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir