Müəllim adını yüksəldən Azərbaycan qadınını tanıyaq
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. Müəllim insanlara bilik vermək, elm öyrətməklə yanaşı həyat məktəbində “əlaçı” olmaq kimi mühüm və çətin vəzifənin öhdəsindən gəlir. Ömürlərini Vətəninə, millətinə layiqli gənclər yetişdirməyə həsr edən müəllimlərimiz olduğu kimi bu pəşənin aliliyini dərk etməyib ləkə gətirən “müəllimlərimiz” haqqında yetərincə mətbuatda məqalələr dərc olunub.
Bu gün sizə II Qarabağ döyüşləri başlayan gündən “Orduya Dəstək” konpanyaları başladıb ön cəbhəyə mütamadi yardım göndərən, əsgər məktubu yazan şagirdlərdən məktubları toplayıb əsgərlərimizi o balaca mələklərin xoş diləkləri ilə sevindirən dəyərli müəllimə Esmira Muradovadan söhbət açacağıq. Esmira müəllimə döyüşlər başladığı gündən illərdi məktəbi bitirib vətənin bütövlüyü uğurunda döyüşərək qazi olan şagirdlərini ziyarət edib, daima diqqətdə saxlayıb.
Xatırladaq ki II Qarabağ döyüşləri zamanı qəhramancasına şəhid olan Rəşad Mikayılzadə də 311 saylı məktəbin məzunu olub.
İllərdir rəhbərlik etdiyi məktəbdə təhsil alan şagirdləri xalqına,vətəninə layiqli bir övlad kimi yetişdirməsi üzərinə düşən məsuliyyətin öhdəsindən şərəflə gəlməsi danılmaz faktdır. Esmira Muradova bir müəllimə olaraq cəmiyyətin memarlarındandır desəm, yəqin ki, səhv etmərəm. Bu danılmaz bir həqiqətdir ki, şagirdlərinin layiqli vətəndaş kimi formalaşmasında əvəzsiz xidməti vardır.
Təhsil Naziri Emin Əmrullayev Bayraqı buynuz əvəzi başına keçirdən Seçkilər vaxtı bulten oğurluyan Saxtakarlıq edən Direktorlar vəzifədə olduğları zaman bu cür şərəfli müəllimlərimizin əziyyəti boş olacaq
Çox təssüfki bu gün müəllimlik adına ləkə gətirib Dövlət bayrağını buynuz əvəzi istifadə edikdən sonra istefa verməsinə baxmayaraq kimlərinsə şəxsi marağlarına görə yenidən İctmai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilməsi və verilmiş vədlər qarşılığında dayanmadan təhsilimizə ləkə gətirənləri müdafiə edən Jurnalistlərmiz bir palaz ağ yalan yazıb müdafiə edincə, gedib peşəsini şərəflə yerinə yetirən müəllimələrmizi ictimailəşdirib mütəmadi diqqətdə saxlasalar Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər qurumlar müəllimlərimizin əziyyətin qiymətləndirər.
Bizdə mətbuat işçisi olaraq 311 saylı məktəbin direktoru Esmira Muradovanın bu əziyyətini dəstəkləyib Esmira xanımın timsalında bütün şərəfli müəllimlərmizə təşşəkürmüzü bildirdik.
Avaz Hafizli /AzTimes.az/