KƏFƏNSİZ DƏFN-Mirzə Sakit yazır:Hakimiyyət dəyişərsə…

Baxılıb:1119
KƏFƏNSİZ DƏFN-Mirzə Sakit yazır:Hakimiyyət dəyişərsə…

2006-cı il.
Azərbaycanda hakimiyyət dəyişib, Əli Kərimli prezidentdi, mən də Bakıya getmək üçün sevincək bilet alıram.
Səhərisi günü artıq Bakı hava limanında yerə enirəm, gözləmə zalına tərəf çıxanda baxıram ki, xeyli tanış adamlar (Cəbhəçilər) dayanıb gözləyirlər.
Dişimi ağarda-ağarda yaxınlaşıb salam verirəm, görüşmək üçün əlimi uzadanda biri qolumdan tutub badalağ verərək yerə yıxır və bərkdən deyir ayə təpikləyin bu svoliçi.
Mən də yerdə zarıya-zarıya deyirəm ay bədbəxtlər, heç olmasa aparın məni xəlvət yerdə döyün, burda jurnalistlər çəkib paylaşacaqlar axı.
Boynunda metrə yarımlıq qalstuk olan deyir əəə, çəkən də …belə-belə olsun, sən də. Vurun bu məlunu.
Məni o qədər çırpırlar ki, axırda da al-qanın içində şəklimi çəkib gedəndə hərəsi bir təpik də ilişdirib gedirlər.
Camaat da qorxa-qorxa kənardan boylanır.
Onlar gedəndən sonra çəliyinə söykənən qoca bir kişi deyir ki, a başuuza dönüm, yağışdan çıxdıq yağmura düşdük, bunlar lap vəhşi imişlər ki..
Sən demə adamların içində hakimiyyətin casusları var imiş, həmin dəqiqə o kişini xirtdəyləyib sürüyə-sürüyə aparırlar.
Mən də bir təhər ayağa qalxıb yerə səpələnmiş düymələrimi yığıb taksi axtarıram ki, şəhərə gedim.
Hansı taksiya yaxınlaşıramsa ağzımın-burnumun qanını görüb uzaqlaşırlar.
Axırda əlacsız qalıb payi-piyadə şəhərə tərəf yola düşürəm. Sümüklərim sızıldadığına görə aşa-aşa gedirəm.
Yolda bir maşın saxlayır, baxıram ki, hakimiyyətə yeni gələnnərdəndi.
Məni görüb maşından enirlər, biri deyir ki, ay alkaş bədbəxt, gör nə qədər içmisənsə ayaq üstə dura bilmirsən, səksən səkkiz yazırsan.
Elə sevinirəm ki, deyirəm yəqin məni həkimə aparacaqlar.
Qabağdakı peysəri ətlilərdən biri deyir ayə, gəldin çıxdınmı ?
Mən də sevincək deyirəm – Həə qadoooyalım.
Elə bunu deməyimi görürəm, çənəmin altından yumruğu nətəri ilişdirirsə özümdən gedirəm, amma hiss edirəm ki, məni təpikləyirlər.
Xülaseyi-kərəm, bunlar da xeyli şapatdayandan sonra məni dərəyə diyirlədib uzaqlaşırlar.

“Axrıncı aşırım” kinosundakı Abasqulu bəy kimi dərədən üzü yuxarı sürünürəm ki, bəlkə kimsə görə yazığı gələ məni həkimə çatdıra.
Yanımda bir maşın dayanır, ölgün baxışlarımla baxıram ki, iki nəfər düşdü və mənə tərəf gəlirlər. Biri o birinə deyir ki, əlinə əlcək geyin sonra vur ki, əlin onun murdar cəmdəyinə toxunmasın.
Baxıram ki, bunlar da “Yurd”çulardandı.
Yolun qırağına düşən taxta parçasını götürüb tərəkəmə motalı kimi çırpırlar məni.
Mən də dodağlarımın altında o taxtanı ora tullayanı söyürəm.
Onlar da çıxıb gedəndən sonra maşını olan tanış bir xanıma zəng edirəm və başıma gələnləri ona danışıram. O da deyir orda qal, bu dəqiqə gəlirəm.

Bir az keçəndən sonra xanım gəlir, mənə tərəf yüyürür, qoluma girib bir təhər maşına atır məni.
Yol polisi maşını saxlatdırır, arxa oturacağa baxanda məni qanın içində görüb harasa zəng edir.
Bir də gördüm bir Kamaz maşını gəldi, içindən üç nəfər düşdü, üçünü də tanıdım və qanım qaraldı. Onlardan idilər.
Biri xanımın üstünə bağırıb dedi sən ölmüyəsən bu dəqiqə səni də onun gününə salarıq, humanist çıxmısanmı sən..
Xanım da ağlaya-ağlaya dedi nolar, dəyməyin ona, bədəninin neçə yerində sınıq var, onu həkimə çatdırmaq lazımdı.
Sifətindən ağu-zəqqutun tökülən qaytanbığ birisi dedi aazz, onu həkimə yox ee, qəbirsanlığa çatdırmaq lazımdı, qozbeli qəbir düzəldər, itil burdan..
Məni itqussu eləyib Kamazın yük yerinə selbələdilər, iki qabırğam da orda qırıldı.

Sonra harasa sürdülər, təxminən qırx dəqiqədən sonda saxladılar və kuzovu “samalsvalt” eləyib məni yerə boşaltdılar.
Baxdım ki, şəhərdən uzaq yerdi, bir tərəfi də dənizdi.
Bahalı bir Mersedes gəldi, beş nəfər maşından düşdü, biri də dərhal əlindəki bellə yeri qazmağa başladı.
Ahaaa, deməli məni basdırmaq istəyirlər.
İnildəyə-inildəyə dedim bəs siz muxalifətdə olanda dindən danışırdınız ee…İraaan…Xomeyniii…Ağaaamm…bə noldu, məni yumadan, kəfənləmədən diri-diri basdıracaqsızmı ?
Biri də dedi ki, bəs sən də dini lağa qoyurdun ee ay kafir, indi kəfən yadına düşdümü, narahat olma, sənin başını daşla əzib öldürəcəyik, sonra basdıracağıq.
Dedim əə, mən zina etmiş zənən xeylağıyammı məni daşğalağ edəsiniz ?
Kamazın sürücüsü dedi a kişilər, ayə bu nə həyasız adam imiş, nə mərhətsiz imiş, döyülüb it gününə qoyulub hələ yenə də hüdüləyir.
Ona dedim, sən ki, sadə bir sürücüsən, niyə bu zalımlara qoşulmusan ?
Dedi mən sadə sürücü deyiləm, o vaxtı Milli Şurada çəpik çalannardan idim, yadındamı həmişə bizim əleyhimizə yazırdın ee, indi gəbərərsən.
Qəbir qazılıb hazır oldu.
Dedilər davay, kəlmeyi-şəhadətini de.
Mən də qəbliyətnən-qabacağnan “AXCP SURƏSİ”ni dedim:

Vəssəlatu-Əssəlatu-Səs-salat,
Bi-həqqi-hörmətün Ax-Ecepeyi-tərssalat,
Və-səllü-səlləllahu-tərkibi-rəsulih-Əli,
İnna-Kərimli cinna-Ağakərimli,
Əmir-Əliyyən-mömin-qülfü-vəllah,
Əssəlamün-əcinnə-şeytanu-bismillah,
Vapşey-vələddin ülameyi-Nurəddin,
Rəbbül-redbul-aləmin cümleyi-fəlakətdin,
Və-təbərəkallah Sahibi-Kərimov-Əz-Zamanlı,
İyyakə-nəbilimeee-Fuad-Kahramanlı,
Ehh-denən-təhsilat-əstəfurulla,
Tövbeyi-taksafon-Razi-Nurulla,
Əss-səlat-Əli müstəqil-ən-əmtəə,
Ğeyrül-məzunlar xeyli-məzlumlar-həm dəə,
Sübhani-həmdü-xoff farseyi-Natiqi-Ədiloff,
Cənabi-Əlinin-qarnı-tox, pənci-şeş-lox-lox,
Əli-ləziyyən-əli-lezvalı həndi-xox,
Cənabəti-partii-özəl, mübarəkətül-şikəsteyi-qəzəl,
Nuri-səlavati-övladi-cəmalə, bizimki-dovşan-balası nə balə,
Rəsulillahın-şərafəti-Bənənyari-Kəmalə,
Allahun-məsəlçün-fəzl, Təşkilati-cavanı-Əbülfəzl..

FAAAAATİMƏƏƏƏƏ

Pis-bir-lahiyə rəhm-eylə-rəhim,
Qülfi-fil-filo-vəllahu-sənət,
Splaşnoy-səy-ət,
Ver-yeyim-ört-yatım-və-külliyatı,
Bəyatıdır-bəyatı
Xosunbayı-səhhət,
kiflənib-ehh-ət…
Fərzeyi-fövqi-zamin,
İlah-yammiiiinnn

…Və elə Surəni oxuyub bitirdikdən sonra qəbirqazan əlindəki bellə məni qəddarcasına döyməyə başladı, belin ucu ilə qarnıma o qədər vurdu ki, qarnım yırtıldı, bağırsaqlarım çıxıb sallandı. Mən də əlimlə bağırsağlarımı cibimə doldururdum ki, üstünə qum düşməsin, mikrob keçməsindən qorxurdum.
Onlardan biri qəbirqazana çımxırıb dedi ayəəə, təpəsindən vur, rədd elə basdır, vaxtımız azdı, axşam bazzığa gedəcəyik, tez elə.
O da beli qaldırıb var gücü ilə gicgahımdan nətəri ilişdirdicə, ruhum burnumdan fırt eləyib şampan şüşəsindən çıxan tıxac kimi əlli metrə kənata vızıldandı. Dik təpəsi üstə qəbirə dığırlandım.
Ta qalan işdən xəbərim olmadı.
Yadımda qalan bircə o oldu ki, təyyarədən enəndə hava limanının yuxarı tərəfində nəhəng hərflərlə yazılmışdı:

“ƏLİ KƏRİMLİ ADINA BAKI HAVA LİMANI”…

Mirzə Sakit /AzTimes.az/


Abunəlik