Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi

Baxılıb:946
Vüqar Səfərli Əli Həsənova nə qədər ödəyirmiş? – Rəsmi

Bu gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda maraqlı bir məqam da diqqət çəkib.

Aztimes.az xəbər verir ki, Baş Prokurorluq Vüqar Səfərlinin “yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamaqla, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurduğunu” üzə çıxarıb.

Məlumat üçün bildirək ki, göstərilən ünvandakı müəssisə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsusdur.

Beləliklə anlaşılır ki, V.Səfərli “qeyrilər”dən biri olan Ə.Həsənova yalnız icarə üçün 8 il ərzində 812 min manat ödəyib.


Abunəlik