Peyvənddən ölənlərin ailələrinə pul veriləcək? -TƏBİB yayılan xəbəri təkzib etmədi
Sosial şəbəkələrdə TƏBİB-in adından paylaşılan bir məlumat cəmiyyətdə böyük ajiotaj yaradıb.
Belə ki, məlumatda koronavirusa qarşı tətbiq edilən peyvənddən sonra şəxsin əmək qabiliyyətini itirəcəyi təqdirdə maaşının 100 faizi qədər müvainət veriləcəyi qeyd edilib. Bundan başqa vaksinasiya edilən şəxs ölərsə bu məbləğ onun ailəsinə veriləcək deyə, bildirilib.
AzTimes.az yayılmış informasiyanın dəqiqliyini öyrənmək məqsədilə TƏBİBlə əlaqə saxlayıb. Qurumdan yayılan məlumatlarla bağlı hər hansı reaksiya almaq mümkün olmayıb:
“Bu məsələ ilə bağlı TƏBİB təkzib verməyəcək. Bununla bağlı lazımı qurumlar gərəkli açıqlama ilə çıxış edəcək”, deyə TƏBİB rəsmisi qeyd edib.
Sfera.az