Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən sosial şəbəkələrdə yayımlanan Kəlbəcər rayon 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə video-çəkilişə açıqlama bildirildi – RƏSMİ
Aztimes.Az xəbər verir ki, Sosial şəbəkələrdə Kəlbəcər rayon Təhsil Şöbəsi 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması barədə yayımlanan video-çəkilişə Kəlbəcər rayon Təhsil Şöbəsinin rəsmiləri açıqlama veriblər.
Açıqlamada bildirilir ki, bu çəkiliş köhnə, 2018-ci ilə aid olan bir çəkilişdir və bu da Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun fəaliyyətə başladığı dövrü əhatə etmir. Bildirilib ki, videoda olan şəxşlər barəsində elə 2018-ci ildə də müəyyən cəza tədbirləri görülüb. İndi bu videonun yenidən yayılması Kəlbəcər rayon 2 saylı orta məktəbin direktoru Azad Əsgərova qarayaxma kompaniyası deməkdir.