Azərbaycan hakimiyyətinin korrupsiya şərikinə 4 il iş verildi-VİDEO

Baxılıb:375
Azərbaycan hakimiyyətinin korrupsiya şərikinə 4 il iş verildi-VİDEO

Milan məhkəməsi Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luca Volonte-ni Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatın qəbul edilməsinə maneə olduğu üçün yarım milyon avro rüşvət almaqda günahkar bilib. O 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə İtaliyanın La Repubblica nəşri yazir

2016-cı ilin iyun ayında İtaliyada Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq Partiyası fraksiyasının keçmiş rəhbəri Luca Volonte-nin Azərbaycan rəsmilərinə dəstəyi üçün 2,39 milyon avro almaqda günahlandırıldığı məlum oldu. Milan prokurorluğu korrupsiya və çirkli pulların yuyulması ittihamı irəli sürmüşdü.. Eyni zamanda, Volontenin vəkilləri bu ittihamları qəti şəkildə rədd edərək onları tamamilə əsassız adlandırdılar.
Milan məhkəməsi Volonteni Azərbaycandan olan iki siyasi şəxsdən yarım milyon avro almaqda günahkar hesab etdi. Məhkəməyə görə, Volonte bu məbləği AŞPA-nın 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatının qəbul edilməsinə mane olmaq üçün alıb.

Prokurorluq Volontaya Azərbaycan dövlət fondlarından iki fondun hesabına 10 milyon avro vəd olunduğuna inanır. Vəsaitlər konsaltinq xidmətləri haqqı kimi rəsmiləşdirilib. Bu puldan Volonte təxminən 2,4 milyon qazanib. Ammabu məbləğin yalnız yarım milyonunu sübut etmək mümkün olub.
İtaliyanın La Stampa qəzeti Luka Volonteyə rüşvət verməkdə ittiham edilən azərbaycanlılar Elxan Süleymanov və Müslüm Məmmədov haqqında da məhkəmənin analoji qərar çıxartdığını bildirib./bumerang media

AzTimes.az


Abunəlik