“Azərbaycanlılar bir saat vaxt verib”- Ermənistan ŞOK-da

Baxılıb:985
“Azərbaycanlılar bir saat vaxt verib”- Ermənistan ŞOK-da

Azərbaycanlılar Gorusdakı bağçılıq müəssisələrindən birinin ərazisində olan 12 binanın boşaldılması üçün bir saat vaxt veriblər.

Bunu Gorus merinin müavini İrina Yolyan deyib. Bildirib ki, bu binalarda insanların yaşadığı mənzillər də var. Yolyan bu ərazinin kənd təsərrüfatı məqsədli münbit torpaqlara malik olduğunu vurğulayıb. İddia edib ki, burdakı adamlar ərazinin onlara məxsus olduğunu deyirlər, lakin azərbaycanlılar ərazinin Azərbaycana məxsusluğunu bildirirlər. “Vətəndaşlar xahiş ediblər ki, onlara 3 saat vaxt verilsin, amma azərbaycanlılar razılaşmayıb, hazırda Gorus merinin müavini danışıqları davam etdirir”, Yolyan bildirib.📍Azərbaycan hərbçiləri bölgədə demarkasiya prosesini davam etdirərək Ermənistan əhalisinin ərazilərimizdə qanunsuz məskunlaşmasına son verməkdədir. Ancaq göründüyü kimi, ermənilər həyasızcasına bu torpaqların onlara məxsus olduğunu iddia edirlər.

AzTimes.az youngpress


Abunəlik