Məktəb direktorunu müdafiə edən ictimai nəzarətçi özü karantin qaydalarını pozdu-FOTOLAR

Baxılıb:776
Məktəb direktorunu müdafiə edən ictimai nəzarətçi özü karantin qaydalarını pozdu-FOTOLAR

Bir neçə gündür sosial şəbəkələrdə Sabunçu rayonundakı 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın özünə ad günü keçirməsi xəbər saytlarının manşetini bəzəyir. Uzun müzakirələrə səbəb olan qalmaqallı ad gününün “sırğalı kraliçası” Nailə Məmmədova internet üzərindən “üzr” açıqlaması yaysa da bu da cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri onu səmimi olmamaqda ittiham ediblər.

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov isə Facebook-dakı canınlı yayımında bacısı Nailə Məmmədovanı müdafiə edərək bildirib ki, insanlar çox paxıldırlar, gözəl şəraitdə yaşayan insanlara dərhal şər-böhtan atırlar,erməni deyirlər.

Bu arada Rasim Məmmədovun nəzərinə çatdırmağı özümüzə borc bilirik ki,heç bir media orqanı nə sizin, nə də Nailə Məmmədovanın gözəl şəraitdə yaşamasına,yaxşı imkanlara malik olmasına paxıllıq edir.Özünüz bir ictimai nəzarətçi kimi gözəl biirsiniz ki,Nailə Məmmədova vətənin ağır günüdə, şəhidlərimizin olduğu bir vaxtda özünə təmtəraqlı ad günü keçirib və məhz cəmiyyətin qırmızı cizgilərini tapdaladığına görə qınanıb. Bu arada, məktəb direktou olan bir şəxsin milyonluq qoşa villada yaşaması da onun ciddi suallar yaradlr.

Söhbət sizin ictimai nəzarətçi olmağınızdan düşmüşkən bunu da deməyi yenə özümüzə borc bilirik.

Facebook sosial şəbəkəsindən sizin 24 dekabr tarixində kitab təqdimatınızın şahidi olduq.Tədbirdə təxmin edə bildim ki, jurnalist Flora Xəlilzadə,xalq yazıçısı Çingiz Abdullayev,xalq artisti, diktor Eldost Bayram , millət vəkili Tahir Kərimli,və yazıçı Vaqif Əlixanlı da iştirak edib.Tədbirdə iştirak edənlərin əksəriyyətinin bu ağır pandemiya günlərində küçəyə çıxmaması tövsiyə olunur.Ona görəki orda olanların əksəriyyəti 65 yaşdan yuxarı olan insanlardır. Sizcə burada qanun pozuntusu yoxdur? Bəs o adamlar küçəyə necə çıxıb.Üç saatlıq sms almaqla?Hər halda bu sualların cavabı bizə də maraqlıdır.

Rasim müəllim,mən sizi tanımıram.Heç zaman üz-üzə gəlməmişik.Sizinlə heç bir ədavətim yoxdur.Bu yazını da mənə heç kim öyrədib yazdırmayıb.Mən də sizin kimi ictimai nəzarətçi olduğundan bu gün keçirilən tədbir gözümdən qaçmadığı üçün qələmə aldım.

Tədbirdə kameranın arxasında kimlərin olduğunu dəqiq bilmədiyim üçün yazıya gətirə bilmədim.Amma kadra diqqətlə baxanda bir kameramanın olduğu da diqqətimdən yayınmadı.

 

Pərvin Abışova /AzTimes.az/


Abunəlik