“Bu şəhərdə”nin ssenaristinin evini əlindən aldılar
“Bu şəhərdə” nin senaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb.
Bu barədə ssenarist instaqramda məlumat yayıb.
O, qeyd edib ki, bununla bağlı iyulun 10-da Apelyasiya Məhkəməsi qərar qəbul edib. Qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.
“Paylaşın ki, hamı xəbərdar olsun. 10.07.19 tarixində Həsənova Mehriban Həsən qızı və onun bacısı qızı Həsənova Gülrux Sənhan qızı Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə isbat etdilər ki, Azərbaycanda Dövlət Əmlak Komitəsinin verdiyi hər bir çıxarış da (kupça) hər an saxta sayıla bilər və hər bir Azərbaycan vətəndaşının mülkü əlindən alına bilər” , -deyə Müşfiq Abbasov paylaşımında qeyd edib.
AzTimes.az (publika.az)