103 xidmətindən Abşeron sakinləri niyə istifadə edə bilmir?

Baxılıb:955
103 xidmətindən Abşeron sakinləri niyə istifadə edə bilmir?

Abşeron rayonunda Təcili Tibbi yardım xidməti dünyada analoqu olmayan formada “xidmət” göstərir. Abşeron rayonu ərazisindən 103 xidmətinə zəng etdiyiniz təqdirdə ancaq Bakı şəhəri ərazisinə Təcili Tibbi Yardım xidmətlərindən istifadə edə bilərsiniz.

103 xidmətinə ə çox çətinliklə, növbədə gözlədikdən sonra düşə bilsəniz təcili yardım çağırmaq üçün müraciət etdikdə sizə bildirirlər ki, Xırdalan şəhərinin təcili yardımı ayrıdır, onların şəhər telefonu nömrəsi var, tapın ona zəng edin. Təsəvvür edin ki, Masazır dairəsində kimisə avtomobil vurub, istəyir təcili yardım çağırsın, baxır ki, telefonunda pul, kontur yoxdur. Şəhər nömrəsinə zəng etmək mümkün deyil. Demək adam can verməli, ya da kiminsə təsadüfi köməyinə ümid bağlayıb üzünü qibləyə çevirməlidir.

Bu problemlə yanaşı illərdir əhali həm də Abşeron rayonunda təcili yardım maşınlarının normadan az olmasından, həkim briqadalarının cəmi 3 briqada olmasından narazıdır. Lakin bu narazılığa illərdir baxan, diqqət edən yoxdur.

Lakin çoxlaylı vətəndaşların şikayəti əsasında tanınmış video blogger Ata Abdullayev bu məsələni ictimailəşdirdi və aidiyyatı qurumlara sosial şəbəkələr vasitəsi ilə müraciət etdi.

Ümidvarıq ki, Ata Abdullayevin sayəsində bu problem həllini tapar və bütün Abşeron əhalisi ona minnətdar olar.

Çünki bu ağır pandemiya dövründə insanlara çörəkdən, sudan da vacib olan Təcili tibbi yardımın bu şəkildə olmaması sadəcə dəhşətdir.
Sanki Abşeron Azərbaycan ərazisi deyilmiş…

/analoq.az


Abunəlik