Qazi onun adından verilən şikayəti təkzib etdi: “Mənim şikayət məktubundan xəbərim yoxdur”

Baxılıb:1122
Qazi onun adından verilən şikayəti təkzib etdi: “Mənim şikayət məktubundan xəbərim yoxdur”


AzTimes.az xəbər verir ki, bu günlərdə”Qaziyə “yardım” kimi 100 manat pul və 7 manatlıq üzqırxan göndərən icra başçısı…”
başlığı ilə pravda.az saytında məqalə ictimailəşıb.Yazıda döyüşlərdə yaralanan Hilal Nəzərovun icra başçısı tərəfindən ona 100 AZN pul və 7 AZN dəyərində üzqırxan verdiyi yazılıb. 

İctimailəşən yazı ilə bağlı Göyçay rayon Kürdəmiş kənd sakini II Qarabağ müharibəsi iştirakçısı Nəzərov Hilal Əlmirzə oğlu ilə əlaqə saxlanılıb. O, bildirib ki, müharibədə olduğu müddətdə ailəsi daim kənd icra nümayəndəsinin nəzarətində olub.  Vaxtaşırı olaraq ailəsinin ehtiyacları təmin olunub.  Hospitaldan evə buraxıldıqdan sonra  Göyçay rayon icra başçısı Mehdi Səlimzadə şəxsən onun ziyarətinə gəlib, ehtiyacları ilə maraqlanıb. 


“Bəlkə sizə təziq edirlər ki, belə fikir bildirəsiniz? Bəlkə sizi sıxışdırırlar?” sualına cavabında:”Mənə heç kim təziq etməyib,nə var onu deyirəm. Sayta göndərilən şikayət məktubundan xəbərim yoxdur. İki gündür ki, hamı mənə bu haqda deyir. Onu araşdıracaq. Görüm mənim bu vəziyyətimdən istifadə edənlər kimlərdir” deyə cavab verib.

Nəzərinizə çatdıraq ki,Hilal Nəzərov bədəninin müxtəlif yerlərindən qəlpə yarası alıb. Ən ağırı isə qəlpələrdən birinin onun boğazına təmas etməsidir. O,aldığı zədəyə görə danışmaqda çətinlik çəkir.
Bizə qalıb olma qürurunu daddırdıqları üçün bütün qazilərimizin qarşısında baş əyirik.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik