İcbari tibbi sığortanın əlavə dəyər vergisindən azad edilməsi bir il uzadıldı

Baxılıb:145
İcbari tibbi sığortanın əlavə dəyər vergisindən azad edilməsi bir il uzadıldı

İcbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi daha bir il artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə ƏDV-dən azad edilir. Hazırda isə bu müddət bir il, yəni bu ilin sonuna qədərdir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Abunəlik