Koronovirusa yoluxmuş tibb bacısı xəstəsi üçün müraciət etdi:”Onun heç kimi yoxdur”
“Dostlar, bunu demək mənə yaraşmasa da, demək məcburiyyətindəyəm. Bir ildir gücüm çatan yardımı edirəm, sən demə balasının yemək pulu olmadığı üçün ona yemək alıb, kirayə pulu verirmiş. Həkimə getməyib, özünü ağırlaşdırdı. Hepatit C və qaraciyər serrozu xəstəsidir. Gəlin bir can qurtaraq, balası yetim qalmasın. İctimailəşdirin!”
AzTimes.az xəbər verir ki, bu statusu koronovirusa yoluxmuş tibb işçisi Lətafət Novruzova şəxsi “Facebook”hesabında paylaşıb. O, bir neçə ildir qonşuluğunda kirayə yaşayan Nabat adlı xanıma reanimasiya otağından canlı yayım edərək yardım istəyib.”Mənim yaxınlarım var. Bir şey olsa onlar övladima sahib çıxacaqlar. Amma Manatın heç kimi yoxdur. Serrozdan əziyyət çəkir. Ona nəsə olsa balası kimsəsiz qalacaq. Əgər mənim xətrimə əzizdirsə Nabata dəstək olun”.