“Bizi qəbul etmədi,dedi ki…”-Ucar icra başçısı Mənsur Məmmədovdan qazi ailəsinə hörmətsizlik -VİDEO
Ucar rayon icra başçısı Mənsur Məmmədov II Qarabağ savaşında sağlamlığını itirmiş qazilərə diqqət ayırmır. Bunu AzTimes.az saytına müsahibəsində bir neçə yaralı qazı bildirib. Bu gün onlardan biri haqqında sizə söhbət açmaq istəyirik. Elgün Fərəcov Suqovuşan uğrunda gedən döyüşlərdə sağ ayağından ağır yara alıb. Yataqdadır. O , on nəfərdən ibarət ailə üzvləri ilə birgə yararsız idarə binasının bir otağında yaşayır. Olduqca kiçik olan otaqdan həm mətbəx, həm qonaq otağı, həm yataq otağı, həm də hamam kimi istifadə olunur. Elgün anası bildirir ki, evi fəhləlik edərək dolandıran ancaq Elgün idi. O , da yaralandıq dan sonra acınacaqlı durumdadır. Qonşuların verdiyi ərzaqlarla dolanırıq. “İcra başçısı Elgünlə maraqlanıbmı sualına verilən cavab isə belə oldu: