Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, o, 04.02.1992-ci ildən 28.11.2020-ci il tarixədək DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.