DİN-in şöbə rəisi Elşad Hacıyev qurulacaq postlardan danışdı

Baxılıb:878
DİN-in şöbə rəisi Elşad Hacıyev qurulacaq postlardan danışdı

AzTimes.az xəbər verir ki, DİN-in şöbə rəisi Elşad Hacıyev insanları narahat edən karantin qaydalarına aydınlıq gətirib, qurulacaq postlarla bağlı danışıb.

“Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən – mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər “icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq”.


Abunəlik