Əsgərlərimizə qumbara atan erməni hərbçisinin kimliyi bilindi-VİDEO
Hadrutun Köhnə Tağlar kəndindəki əməliyyat zamanı əsir alınmış silahlı tiqranoidlərdən birinin kimliyi bəlli oldu. O, Ermənistanın Eçmiədzin rayonundan hərbi xidmətə çağırılaraq Qarabağa göndərilmiş 18 yaşlı Albert Qriqoryeviç Qriqoryandır. Valideynləri videonu görən kimi onu tanıyıblar. Albert Cəbrayılda olub, sonra Hadruta yollayıblar. Onunla əlaqə oktyabrın 15-də kəsilibmiş. Köhnə Tağlar kəndində keçirilən anti-terror əməliyyatı zamanı silahlı müqavimət göstərən və əsgərlərimizə F-1 əl qumbarası da atan A.Qriqoryan yaralı vəziyyətdə əsir düşüb. Əsgərlərimiz ona ilkin tibbi yardım göstərəndən sonra hospitala yollayıblar. Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalmışdı.