Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım – FOTO

Baxılıb:240
Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında etdiyi paylaşımda deyilir:

“Bu gün – 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.


Abunəlik