AzTV rəsmisindən açıqlama:-“”Zəfər Paradının”çəkilişlərini Bakı Media Mərkəzi (BMC) həyata keçirib”

Baxılıb:521
AzTV rəsmisindən açıqlama:-“”Zəfər Paradının”çəkilişlərini   Bakı Media Mərkəzi (BMC) həyata keçirib”

Ötən gün AzTimes.az saytında AzTV -nin canlı yayım zamanı Ali baş Komandanın Rəcəb Tayyib Ərdoğanla birgə Azərbaycan əsgərini salamlamağa hazırlaşarkən işlətdiyi ifadələrin açıq efirə verilməsinə irad olaraq yazı dərc edilib. Nəzərinizə çatdıraq ki, bu addım ictimaiyyət arasında da etirazlara səbəb olub, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Hətta qardaş ölkə Türkiyənin demək olar ki ,bütün xəbər proqramlarında bu fraqment gün ərzində dəfələrlə nümayiş etdirilib və müzakirə olunub. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi   Nərgiz   Rəfiyeva AzTimes.az saytına açıqlamasında bildirib ki, bu  məsuliyyəti AzTV rəhbərliyinin üzərinə atmaq  ədalətsizlikdir.
“Siz şahidi oldunuz ki, bizim qurum 44 günlük müharibə zamanı bütün gücü ilə xəbərin mənbəyi olmağa çalışdı, vətəndaşları azad edilmiş torpaqlardan hazırlanan reportajlarla sevindirdi.  “Zəfər Paradının”çəkilişlərini   Bakı Media Mərkəzi (BMC) həyata keçirib. Biz yayımlamışıq. AzTV digər kanallar kimi ötürülən siqnalı yayımlayıb.
Burada bizim qurumun rəhbərliyi heç bir məsuliyyət daşımır Nəinki bizim qurum , digər canlı yayımları edən telekanalların da heç bir məsuliyyət yükü yoxdur”.


Abunəlik