AzTV Zəfər paradının möhtəşəmliyinə kölgə salmağa çalışdı – TƏFƏRRÜATLAR

Baxılıb:1861
AzTV Zəfər paradının möhtəşəmliyinə kölgə salmağa çalışdı – TƏFƏRRÜATLAR

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının dövlət televiziyasından yayılması zamanı bəzi nöqsnlar yaşandı. Belə ki, birbaşa AzTV-nin nöqsanları paradın möhtəşəmliyinə kölgə saldı.

Türkiyənin Haber Global kanalı və digər kanallar paradı efirə canlı ötürəndə bu işi Aztv nədənsə efirə gecikməylə verdi.

Paradın ən diqqətçəkən məqamı isə ölkə başçısı ilə Türkiyə prezidenti Ərdoğanın əsgərlərlə salamlaşmadan öncə mikrofonların açıq olması və prezidentlərin protikoldan kənar danışıqlarının eşidilməsi oldu.

Əgər mikrafonların açıq qalmasının məsuliyyəti Aztv-yə aiddirsə
erməni seqmemtlərində trendə çevrilən bu video görünür Aztv rəhbərliyinin kanal rəhbəri kimi ən böyük ” uğuru” oldu.

Ölkə başçısının keçmiş köməkşisi Əli Həsənovun kadrı sayılan Rövşən Məmmədovun bu cür səhvini yalnız təxribat kimi xarakterizə etmək olar.

Görünür, Rövşən Məmmədov dünyanın bir çox ölkələrinin diqqətində olan bu cür mühüm tədbirin işıqlandırılmasını AzTV-nin ucuz şou verlişlərinin rəngarəng diskoteka işıqları ilə səhv salıb.
Və əlbəttə, verliş apararkən əl-qolunu və başını ani tərpənişlərlə qəribə aparıcılıq funksiyalarına daxil edib, gülünc vasitələrlə özünü tamaşaçıya zorla sırıyan Rövşən Məmmədov kimi TV rəhbəri heç vaxt ciddi tədbirdə yaşana biləcək kuryoz halların fərqində ola bilməz. Bu, onun kompetensiyaslna aid olan iş deyil. Yəni baş verən hadisənin bir izahı var – peşəkar ola bilməmək, yaxud vaxtilə Əli Həsənovun verdiyi “çörəyi” itirməyib, dövlət kanalı vasitəsi ilə dövlət səviyyəli tədbirdə təxribat törətmək. Bu qədər bəsit… Hə, bir də daha yaxşı olardı ki, Rövşən Məmmədov qayıtsın idman xəbərləri oxumağa. Təbii ki, keçmişini unutmayıbsa…

Tanınmış jurnalist Fərid Şahbazlı da bu barədə sosial şəbəkədə fikirlərini qeyd edib.

Aztimes.az olaraq tanınmış jurnalistin statsunu olduğu kimi təqdim edirik:

Eyy Rövşən Məmmədov, indi başa düşdünüzmü ki, kanal idarə etmək, peşəkarlıq, jurnalist hazırlığı, siyasi hazırlıq restoranlara xas işıqlarla bəzədilmiş studiyadan onun-bunun yazılarını süflordan oxumaq deyil… Bu qədər geniş texniki imkanlar, böyük büdcə və geniş kollektivə baxmayaraq, Sizin rəhbərlik etdiyiniz və bərbad hala saldığınız AZTV-nin efirində bugün yolverilən və izahatı olmayan böyük səhv hələ uzun müddət dövlətimizin əleyhinə istifadə ediləcək… Bunun adı səhvdirmi, yoxsa…. Zaman qiymət verəcək…

Pərvin Abışova /AzTimes.az/


Abunəlik