Təltif edilməyən generallar-SİYAHI

Baxılıb:800
Təltif edilməyən generallar-SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediliblər.

AzTimes.az bildirir ki, sərəncamlarda əsas diqqət çəkən məqamlardan biri də bəzi məşhur generalların və yüksək rütbəli zabitlərin adlarının olmamasıdır.
Heç bir mükafata layiq görülməyən yüksək rütbəli zabitlərin siyahısını təqdim edirik:- Advertisement –

Nəcməddin Sadıqov – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik
Kərəm Mustafayev – Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı
Rövşən Ələkbərov – General-leytenant, Azərbaycan Respublikasının Milli Qəhrəmanı. 

Xəqani Cəbrayılov – Azərbaycan Ordusunun birlik komandiri, general-mayor
Tehran Mənsimov – Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Komandanlarından biri, polkovnik

bakupost


Abunəlik