Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu – YENİLƏNİB

Baxılıb:400
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu – YENİLƏNİB

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.

“Report”un məlumatına görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

16:13

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.

“Report”un məlumatına görə, təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.


Abunəlik