2 həftəlik sərt karantin rejimi və 3 günlük iş sistemi ilə bağlı AÇIQLAMA
Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Belə ki, dekabrın 6-da 4356 nəfər koronavirusa yoluxub, 39 nəfər isə vəfat edib. Yoluxmaların qarşısını almaq üçün 2 həftəlik 3 günlük iş sistemi təklif olunur. Dekabrın 15-dən 2 həftəlik 3 günlük iş sisteminə keçirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm bildirib ki, Azərbaycanda 15 gün həftədə 3 günlük iş sisteminə keçilə bilər:
“İş günlərinin azadılması yoluxmaların sayında azalmaya səbəb ola bilər. Digər günlərdə isə “SMS icazə” sistemi tədbiq edilə bilər. Bundan əlavə 2 həftəlik biz aprel ayındakı sərt karantin rejiminə keçə bilərik. Çünki yoluxmaların sayı günbəgün artır. Artıq ailəliklə yoluxma halları çoxalıb.
Bir az əvvəl bir pasiyentlə danışdım. Ailəsindəki bütün insanlar koronavirusa yoluxub. Real rəqəmlər 4300 deyil, yəni çoxdur. 4300 sadəcə analiz verən və həkim müayinəsindən keçən insanların statistikasıdır. Təcili karantin rejimi sərtləşdirilməlidir.
Yanacaq doldurma məntəqələrində benzin limitlə satılmalıdır. Hər maşına 5 litr. Bundan əlavə kafe-restoranlar, aptek və marketlərdən başqa digər ictimai-iaşə obyektləri bağlanmalıdır. İki həftə karantin rejimi sərtləşsə, yoluxmaların sayında azalmalar ola bilər”.