Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Müxalifət Paşinyan və komandasının 8 dekabr günorta saatlarına qədər istefasını tələb edib.
Sözügedən müddətdə istefa qərarı verilməyəcəyi təqdirdə müxalifət etiraz aksiyalarını genişləndirəcəyini açıqlayıb.