Sergey Lavrov: “Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

Baxılıb:129
Sergey Lavrov: “Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayıb.

Bu barədə “İnterfax” məlumat yayıb.

O xatırladıb ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb.

“Ancaq indi Prezident Putin və onun həmkarları – Azərbaycan və Ermənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub”, – deyə S.Lavrov bildirib.

O vurğulayıb ki, həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar.

“Əminəm ki, Rusiya və Türkiyənin münasibəti iki müstəqil ölkənin hədəflərini reallaşdırmaq üçün çalışdıqlarına, heç kimə boyun əymədiklərinə, ultimatum qəbul etmədiklərinə və kənardan təzyiqlərə tabe olmadıqlarına nümunədir. Türkiyənin NATO üzvü olması iki ölkənin münasibətləri üçün əngəl deyil”, – deyə S.Lavrov bildirib.

Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır.


Abunəlik