Mirsamir Məmmədov: “Silahlı Qüvvələrimiz son 15 ildə bölgənin ən güclü ordusu səviyyəsinə yüksəldi”

Baxılıb:634
Mirsamir Məmmədov: “Silahlı Qüvvələrimiz  son 15 ildə bölgənin ən güclü ordusu səviyyəsinə yüksəldi”

Ölkə rəhbərliyinin hər bir sahəyə olan diqqət və qayğısı ilə bərabər orduya xüsusi önəm verməsi Silahlı Qüvvələrimizin vətənpərvərlik hissini daha da gücləndirir. Hazırda Silahlı Qüvvələrimiz dünyanın ən aparıcı ölkələrinin orduları ilə müqayisə olunacaq səviyyədədir… Bu sözləri Silahlı Qüvvələrimizin yaradılmasından danışarkən, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. Politoloq əlavə edib ki, Məhz 101 il öncə, 1918-ci ilin iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Xalq Cümhuriyyətinin ilk müstəqil ordusu yarandı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Silahlı Qüvvələrimizin yarandığı 26 iyun tarixini əbədiləşdirmək məqsədilə, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyət başına qayıdışından sonra hər sahədə olduğu kimi, ordu sahəsində də geniş və xüsusi islahatlar aparılmağa başlandı. Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Heydər Əliyev nizami və qüdrətli ordu yaradılmasına müvəffəq oldu. 2003-cü ildən isə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə, ordu quruculuğunda daha yeni mərhələlər başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu və dövlətçilik ideologiyasını layiqincə davam etdirən cənab İlham Əliyev Ulu Öndərin qurub ərsəyə gətirdiyi Silahlı Qvvəllərimizi daha da inkişaf etdirdi. Və təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu bütün Cənubi Qafqazın ən güclü və ən qüdrətli ordusu hesab olunur. Möhtərəm cənab İlham Əliyevin məhz ölkəmizin tərəqqisi və inkişafı yolunda əzmlə çalışmasının təzahürü olaraq bu günkü Silahlı Qüvvələrimiz dünyanın inkişaf etmiş aparıcı ölkələrinin qüdrətli ordularının potensialı ilə müqayisə ediləcək səviyyədə ölçülür. Artıq dünaynın ən inkişaf etmiş güclü orduları sırasında Azərbaycan ordusu da özünməxsus yer almaqdadır. Təbii ki, ölkə rəhbərliyinin, möhtərəm cənab Prezidentin qabaqcıl addımları, uzaqgörən siyasəti, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri və çalışmaları sayəsində bütün ölkəmiz və Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Azərbaycan ordusu düşmən üzərində də hər zaman üstünlüyü təmin etmişdir. 2016-cı ilin aprel döyüşlərində də Silahlı Qüvvələrimiz düşmən ölkənin ordusunu darmadağın edərək bütün erməni ictimaiyyətini, dünyadakı bütün ermənipərəst qüvvələri qorxuya saldı. Bu gün Azərbaycan ordusu yenilməz gücə malikdir və Silahlı Qüvvələrimizdə də vətənpərvərlik hissləri sonsuz səviyyədədir. Ölkə rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin qorunması yönündə atdığı bütün qabaqcıl addımları sayəsində daxildə bütün dinamika qorunmaqda və inkişaf etdirilməkdədir. Məhz Silahlı Qüvvələrimizdəki güclü vətənpərvərlik, ölkə rəhbərliyinin də yüksək qayğı və diqqəti ordumuzun gücünü birə min artırmış olur. Dövlət başçısının yüksək qayğı və diqqətinin nəticəsidir ki, bu gün Azərbaycan əsgəri torpaqlarımızın qorunması və habelə işğal altında olan ərazilərimizin bərpası üçün ölümə belə hazırdır. Aprel döyüşlərində xalqımız və ordumuzun birliyi bunu sübut etdi. Silahlı Qüvvələrimiz hər an Ali Baş Komandanın əmrinə hazır vəziyyətdədir. Dövlət başçısının qarşıya qoyduğu ən mühüm məqsəd və məsələ ölkəmizin hüdudlarının, suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, xalqımızın rahat yaşamının təmin edilməsi məsələsidir ki, bu gün bunlar hamısı ən yüksək səviyyədə təmin edilmişdir və bu gün ölkəmiz çox yüksək səviyyədə qorunmaqdadır. ALLAH ölkəmizi, dövlətimizi, xalqımızı, əsgərlərimizi və bütün Silahlı Qüvvələrimizi qorusun, ordumuza güc və qüvvət versin! AMİN.

Mirsamir Məmmədov Politoloq /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir