Azərbaycan Premyer Liqasında koronavirus şoku – 3 oyun təxirə salındı

Baxılıb:308
Azərbaycan Premyer Liqasında koronavirus şoku – 3 oyun təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, 12-ci turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.


Abunəlik