Sabunçu İcra başçısının tükü də tərpənmir – Qarabağ qazisinin evi başına uçdu

Baxılıb:506
Sabunçu İcra başçısının tükü də tərpənmir – Qarabağ qazisinin evi başına uçdu

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov Murad Hamlet oğlunun yaşadığı ev uçub. Bu barədə məlumatı Azinforum.az-a qazinin nənəsi İsmayılova Şəfiqə Yaqub qızı verib.

Evin uçmasına səbəb yağan yağışlar nəticəsində ətrafdakı təpənin sürüşməsi olub. Şikayətçilər bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmür. Qeyd edək ki, evdə yaşayan qazi son doyüşlərdə sol əlinin bir neçə barmağını itirib. Azinforum.az mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edir.

Abunəlik