Maskaları şərflə əvəz etmək olarmı? – AÇIQLAMA
Maskaları şərflə əvəz etmək olmaz.
“Zvezda”nın məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbərdarlıq edilib.
“Maskalar taxılmalıdır. Şərflərdən isə viruslara qarşı baryer vasitəsi olaraq istifadədən söhbət belə gedə bilməz”, – deyə qurumun Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev qeyd edib.
Onun sözlərinə görə, maskalar baryer tipli fərdi qoruyucu vasitələrdir və virusla insan arasında bir maneə yaradırlar.
O, maskaların düzgün taxılmasının da vacibliyini vurğulayıb, çünki fərdi qoruyucu vasitələr ancaq bu halda koronavirusdan qoruyur.
“Qoruyucu vasitələr mümkün qədər üzə sıx yapışmalıdır – burun və ağzı örtməlidir. Onu təmiz əllə taxmaq lazımdır”, – deyə mütəxəssis əlavə edib.
Lebedev vurğulayıb ki, maska məhdud müddətə taxılmalıdır: sakit vəziyyətdə iki-üç saatdan, fiziki fəaliyyət zamanı isə qoruyucu vasitə nəmləndikdən dərhal sonra dəyişdirilməlidir.