Nazirlər Kabinetindən yeni qərar
Nazirlər Kabinetindən yeni qərar
Nazirlər Kabineti “Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nı təsdiq edib.
Aztimes.az Axar.az-a istinadən xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı müvafiq qərarla Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası aşağıdakı kimidir:
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi
– Rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
– tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;
– müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;
– müayinə və ya müalicə üsullarının iqtisadi səmərəliliyi;
Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
– müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;
– xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması qaydası
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Qaydanın 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından tibbi xidmətlər 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar
verilir.
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.