Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? – Biabırçılıq

Baxılıb:475
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? – Biabırçılıq

Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseydə biabırçı bir olay yaşanıb. Editor.az saytına daxil olan səs yazısında sözügedən orta məktəbin direktor müavini Şəhla Əlicanovanın məktəbin müəllim və tərbiyəçilərinə göndərdiyi səsli mesaj əks olunub. Həmin mesajda direktor müavini Şəhla Əlicanova məktəbin çoxsaylı müəllim kollektivinə hədə-qorxu gəlir və məktəbin direktoru Şəkər Abdullayevanın adından küçə söyüşləri ilə təhqir edir.

Müəllimlərin etik davranış qaydalarına və ümumən Azərbaycan qadınının əxlaq normalarına sığmayan bir tərzdə danışan Şəhla Əlicanova eyni zamanda Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Şəkər Abdullayevanın da eyni əxlaq sahibi olduğunu ifşa etmiş olur.

Editor.az saytı olaraq, ilk növbədə böyüklərimizdən üzr istəyir və azyaşlı oxucularımızın bu səs yazısına qulaq asmamasını rica edirik.

Zəruri qeyd: Azərbaycanda koronavirus pandemiyasının sürətlə yayılması səbəbiylə bütün təhsil müəssisələrinin qapadıldığını, o cümlədən Qax rayonunun da pandemiya üzrə qırmızı zona elan olunduğu bir dövrdə müəllim kollektivini bu və ya digər səbəblə məktəbə çağırmaq və onların qapalı məkanda toplaşmasına səbəb olmaq kobud qanun pozuntusudur. Ümid edirik, Qax rayon İcra Hakimiyyəti və yerli Təhsil Şöbəsi bu kimi hallarla daha effektiv mübarizə aparacaqlar.


Abunəlik