2000 manatdan yuxarı çeklərə ƏDV niyə geri qaytarılmır? – GİLEY

Baxılıb:1280
2000 manatdan yuxarı çeklərə ƏDV niyə geri qaytarılmır? – GİLEY

Azərbaycanda 2000 manatdan yuxarı alqı-satqı üzrə əlavə dəyər vergisinin (ƏDV) ödənilməsində problem yaranıb. “MediaPost” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə vətəndaşların şikayətləri artıb. Məsələn, Eltun Müstəcəbov adlı vətəndaş bildirir ki, artıq ikinci dəfədir ki, ona ödənilməli olan böyük məbləğdə ƏDV ləğv edilib. Sonuncu dəfə oktyabrın 1-də 3654 manatlıq alış-veriş edib və ona ödənilməli olan 83 manatlıq ƏDV ləğv edilib.

“MediaPost” məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə (DVX) müraciət edib. DVX-nin mətbuat xidmətindən bildirilib ki, 2000 manatdan yuxarı alqı-satqı əməliyyatları üzrə ƏDV-lərin yoxlanılmasına başlanılıb. Bu da üzə çıxan neqativ hallarla bağlıdır:

“Bəzən bu yolla nağd vəsait silməyə çalışanlar olub və aşkar etmişdik. Mal qalığının silinməsi üçün və ya topdan satış malların satılması ehtimalı kimi.
Ona görə DVX əvvəlcə böyük məbləğləri yoxlayır. Sonra köçürmə həyata keçirilir”.


Abunəlik