Laçın həsrətinin bitməsinə 2 gün qaldı – təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək

Baxılıb:186
Laçın həsrətinin bitməsinə 2 gün qaldı – təcavüzkarın “son çırpıntıları” nəticəni dəyişməyəcək

Azərbaycan Ordusunun Laçına daxil olmasına sayılı günlər qaldı. Noyabrın 10-dakı üçtərəfli anlaşma ilə ermənilərə verilən tarix dekabrın 1-də başa çatır. İndi bu yöndə əsas sual düşmənlərin bu ərazimizdən çıxmasında problemlərin yaranıb-yaranmayacağı ilə bağlıdır. Bu narahatçılıqlara isə müəyyən əsaslar var.

Belə ki, II Qarabağ savaşının yekununda Rusiyanın vasitəçiliyi ilə əldə olunan anlaşmada ermənilərə noyabrın 15-ə qədər Kəlbəcəri, 20-ə qədər isə Ağdamı boşaltmaları ilə bağlı vaxt verilmişdi. Lakin düşmən tərəf Kəlbəcərin relyefini bəhanə edərək, guya qısa müddətdə çıxmanın mümkünsüz olduğunu önə çəkərək, zamanı 25-ə qədər uzatmağa nail olmuşdu. Görünən o idi ki, düşmən ən axırıncı yollara əl ataraq, Azərbaycan ərazilərini – Kəlbəcər və Ağdamı tərk etmək istəmirdi. Sanki hər zaman olduğu kimi, hansısa bir qüvvənin gəlib onu xilas edəcəyinə ümid bəsləyirdi.

Onu da qeyd edək ki, Kəlbəcərdə hələ də müəyyən problemlər qalır. Doğrudur, ekspertlər o problemlərin qarşıdakı günlərdə aradan qalxacağını deyirlər. Kəlbəcər və Ağdamdan çıxmaq istəməyən təcavüzkarların Laçını tərk etməmək üçün hansı yollara əl atacaqları günlər keçdikcə daha çox suallar yaradır.

Burada bölgədə təhlükəsizliyi təmin etmək, prosesləri tənzimləmək üçün gələn Rusiya sülhməramlıları da müzakirələr sırasındadır. Rus ordusunun həmin ərazilərdə baş verə biləcək xırda qarşıdurmaları aradan qaldırmaq gücündə, yaxud səlahiyyətində olub-olmadığı yönündə müxtəlif mövqelərə rast gəlirik.

Lakin deputat, politoloq Arzu Nağıyev nikbindir: “Düşünmürəm ki, o ərazilərdə ciddi problemlər qalacaq. Çünki üçtərəfli müqavilə əsasında hazırlanan cədvələ uyğun olaraq, ermənilər həmin Azərbaycan ərazilərini tərk etməlidirlər. Təbii ki, Rusiya da bu məsələdə maraqlıdır. Çünki onların qarşılarına qoyulan əsas məsələlərdən biri də qeyri-qanuni erməni birləşmələrinin -hansı ki, Dağlıq Qarabağ ərazisindədirlər – həmin ərazilərdən çıxarılmasıdır. Əminəm ki, bu proseslərdə Rusiya daha maraqlıdır ki, öz üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirsin. Onu da qeyd edim ki, Paşinyan və digər erməni rəhbərləri boyunlarına alırlar ki, bunlara tabe olmurlar, yaxud hansısa partizan hərəkatı yaratmaq istəyirlər. Təbii ki, bu cür söz-söhbətlər olacaq. Lakin Kəlbəcər hadisələri bir daha göstərdi ki, burada iqtisadi maraqlar da var. Müəyyən yataqlardan onların çıxmaq istəməməsi bunu göstərdi. Amma zamanla bu problemlər də öz həllini tapacaq. Ağdamda da belə etdilər, Kəlbəcərdə də buna cəhdlər olundu. Ayın 1-ə o qədər də uzun müddət qalmayıb. Bütün bunların hamısının şahidi olacağıq”.

Deputat burada bir əsas məsələni xüsusi olaraq qabartdı: “Əsas odur ki, həmin ərazilər orduya tam şəkildə təhvil verilməlidir. Ordu adi vətəndaşların köçməsi yaxud gəlməsi proseslərini, eləcə də, istər minalardan təmizlənmə, istərsə də, digər prosesləri həyata keçirməlidir. Onların meyitləri təhvil verilməlidir. Bu gün əsas məsələ odur ki, ordu Azərbaycan sərhədlərini tam şəkildə nəzarətə götürməlidir. Narahatçılığa ciddi bir əsas da yoxdur. Çünki biz öz ərazimizdə öz ərazi bütövlüyümüzü bərpa edirik. Eyni zamanda, Rusiya və Türkiyə bu proseslərin həllində maraqlıdır – baxmayaraq ki, bir sıra qüvvələr buna mane olmağa çalışır. Birmənalı şəkildə bu məsələ öz həllini tapacaq”.

“Laçın alayı”nın keçmiş komandiri Arif Paşa bütün şərtləri qalib tərəf kimi Azərbaycanın diktə etməli olduğunu söylədi: “Həmin rayonların əraziləri tam şəkildə bizim nəzarətdə olmalıdır, həmçinin Laçın. Bu günləri bir məsələyə təəssüf edirəm. Koridordan və kilometrlərdən söhbət açılır. Hansısa bir torpağıma fəlakət gətirmiş, ləyaqətsiz, əxlaqsız, şəhər və kəndlərimizi talan edən, meşələrimizi yandıran, ev heyvanlarını gülləyən, heç vaxt bir yerdə yaşamaq istəmədiyimiz xalqa gedib-gəlmək üçün koridor verməliyik, özü də illər boyu qurduğumuz, yaratdığımız bir şəhərdə. Düşünürəm ki, biz orada yaşayandan sonra heç bir koridordan söhbət gedə bilməz. Bu yolu vermək üçün əsas gətirilən arqumentlərin heç biri tutarlı deyil. Problem yaşanması üçün orada silahlı qüvvələrimizin olması gərəkdir. Əvvəlcədən dediyim kimi, Rusiya sülhməramlılarının olmasına razı deyiləm. Bütün güc Azərbaycan Silahlı Qüvvələrində, xalqın iradəsində olmalıdır. Biz narahat olmamalıyıq ki, ermənilər o yerlərdən çıxacaqlarmı. Çıxmalıdırlar. Biz qalib tərəfik və bunun üçün də şərtləri biz qoyuruq. Bir də o xalqdan söhbət gedir ki, həmin xalq ümumiyyətlə, bu haqqa malik deyil. Bütün insanı, bəşəri, hətta özünəməxsus milli dəyərlərdən məhrum toplum, vəhşi heyvan sürüsüdür. Bizim iradəmiz hazırda həlledici və əsasdır. Qarşı tərəf sadəcə, başını aşağı salıb şərtlərimizi qəbul etməlidir. Erməni tərəfi rədd olub o yerlərdən getməlidir. Erməni tanımışam ki, nəinki Azərbaycan ərazisində, onun regionda belə yaşamasını mümkünsüz sayıram. Çünki onun xislətinə bələdəm. Onlar bütün insanlığa nifrət üstündə kökləniblər. Özlərini əlahiddə xalq sayırlar. Bu zəhər, xəstəlik ölkəmizdən cəhənnəm olub getməlidir. Xankəndində Azərbaycan bayrağı dalğalanmalıdır”.
“Yeni Müsavat”


Abunəlik