Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı – RƏSMİ

Baxılıb:138
Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı – RƏSMİ

Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə TƏBİB-dən açıqlama verilib.
Bildirilib ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur:
“Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, labarotoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb”.


Abunəlik