Rövşən Rzayevi o əvəz edəcək… – İDDİA

Baxılıb:525
Rövşən Rzayevi o əvəz edəcək… – İDDİA

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə Mahir Abbaszadə QAÇQINKOM-a sədr keçməyə hazırlaşır və olduqca iddialıdır.
Hətta QAÇQINKOM-da iki qruplaşmanın yarandığı da söylənilir. Fərasətli tərpənən Mahir Abbaszadə məsul şəxsləri-milyonçu Sənan müəllimi, Qaçqınları ələ salmağı ilə gündəmə gələn komersant məmur Səbuhi müəllimi, Qaçqınkomun mətbuat şefi İbrahim müəllimi öz yanına çəkib. Hətta tərəfkeşlərdən biri söyləyir ki, Rövşən Rzayevin dayaqları laxlayıb,dövrü bitib və Mahir Abbaszadəni rəhbər kimi görə bilərik.XUB.
Görəsən Cənab Rzayevin hansı dayaqları laxlayıb.
İndi isə gələk Sənan müəllimə…
Məsul şəxs Sənan müəlimi TBİLİSİ prospektində tez-tez görürlər. Görəsən səbəb nədir?
Bəzi mənbələr bildirir ki, bu milyonçu Sənan müəllimin şəhərin mərkəzi küçələrində 50 dən çox evi var.
Etibarlı mənbə onu da bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov Rövşən Rzayevə keçmiş qaçqınkom Əli Həsənovun kadrların birbə-bir baqaja qoyaraq öz kreslosunu möhkəmləndirdi. Oturduğu məclislərdə deyir ki, mən Ailəyə yaxın olan şəxsin kirvəsiyəm, mənim də SƏDR olmaq şansım yüksəkdir. Görəsən Sənan müəllim kimlərin adından istifadə edir?
Xatırladaq ki, SƏNAN HÜSEYNOV Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiridir. Mahir Abbaszadə isə Laçın rayonunun deputatı olmaqla yanaşı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur
Növbəti yazımızda Mahir Abbaszadənin və ona yaxın olan insanların döyüşlərin getdiyi, pandemiyanın sürətləndiyi bir vaxtda hec bir qayda-qanuna riayət etmədən keçirdiyi ad gününü ətraflı şəkildə FOTOFAKT-larla oxuyuculara çatdıracayıq.
”GÜNDƏLİK BAKI”


Abunəlik