Prezident Azərbaycan xalqını təbrik etdi

Baxılıb:132
Prezident Azərbaycan xalqını təbrik etdi

“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Əziz kəlbəcərlilər, gözünüz aydın olsun.

Doğma rayonunuz işağdan azad olundu. Bu günü Azərbaycan xalqı səbirsizliklə gözləyirdi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdi. Günahsız insanlar öz dədə-baba torpaqlarından vəhşicəsinə qovulmuşdu. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdu”, – deyə Prezident bildirib.


Abunəlik