ATU rektoru yenə ara qarışdırır – Zamdekan üsyan edir

Baxılıb:637
ATU rektoru yenə ara qarışdırır – Zamdekan üsyan edir

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun yarıtmaz idarəçiliyi daha bir ziyalı “üsyanı”na şərait yaradıb.
“Demokratik.az” bildirir ki, universitetin “Qida mühəndisliyi” fakültəsinin tədris işləri üzrə dekan müavini Hafiz Əsgərov da rektorun idarəçiliyinə üsyan edərək istefa ərizəsi yazıb. Eləcə də, təhsil nazirliyinə müraciət edib.
Dekan müavini açıq və rəsmi müraciətində aşağıdakıları qeyd edib:
“Çox dəyərli vətəndaşlarım!
Tələbələrim!
İş yoldaşlarım!
Dostlarım!
Dünən cənab Təhsil nazirinə olan müraciətimdən sonra mənə çox saylı zənglər olunur, tələbələrə və diğər universitet əməkdaşlarına yalan,həqiqəti əks etdirməyən məlumatlar verilir. Bəzəndə, müəyyən mənada hədə qorxular əks olunur.
Məcbur olaraq, Sizə tutduğum vəzifəmdən azad olmam üçün rektorumuza ünvanladığım ərizəmi təqdim edirəm. Bildirirəm ki,cənab rektor isə bu ərizəni əsas tutmayıb və mənim vəzifəmdən azad olmam üçün 15.09.2020-ci il tarixdə pandemiya dövründə vəzifəmə xitam verib)). Buna diqqət çəkin. Digər məsələlər var ki,artıq onu hüquq-mühavizə orqanları araşdırır.

Eşq olsun Azərbaycan Dövlətinə!
Eşq olsun cənab İLHAM ƏLİYEVƏ!
Yaşasın Azərbaycan Xalqı!
Qarabağ Azərbaycandır!
Texnologiya Azərbaycandır!”
Xatırladaq ki, narazı zamdekan təhsil nazirliyinə müraciətində fakültə dekanı barədə də tənqidlər səsləndirib…
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…
Demokratik.az


Abunəlik