Nazirlik rəsmisindən koronavirusa qarşı eynitipli müalicə üsulunun tətbiqi təhlükəsi ilə bağlı AÇIQLAMA

Baxılıb:123
Nazirlik rəsmisindən koronavirusa qarşı eynitipli müalicə üsulunun tətbiqi təhlükəsi ilə bağlı AÇIQLAMA

“Son günlər koronavirusa yoluxanların nəticəsi göstərir ki, xəstəliyin gedişatında xoşagəlməz artım davam edir”.

Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, kütləvi toplanma olan yerlərdə insanların karantin qaydalarına düzgün riayət etməməsi bu xəstəliyə yoluxma hallarının çoxalmasına gətirib çıxarıb:

“Xəstəliyin artması, ağırlaşma və ölüm hallarının artması xəstələrin gec müraciət etməsi ilə bağlıdır. Xəstələr çalışır ki, bir həftə, 10 gün evdə özünü müalicə etsinlər və vəziyyət ağırlaşanda həkimə müraciət edirlər. Təbii ki, bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir”.

“İnsanlar yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Bu, düzgün yanaşma deyil. Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz. Qrip və ya COVID-19-a yoluxma olarsa, mütləq həkimə müraciət olunmalıdır”, – deyə o qeyd edib.


Abunəlik