Kremlin Qarabağ planı: “Türkiyə-Azərbaycan tandemi qalib gələcək” – TƏHLİL

Baxılıb:144
Kremlin Qarabağ planı: “Türkiyə-Azərbaycan tandemi qalib gələcək” – TƏHLİL

“Rusiyanın Xankəndində sülhməramlı qüvvələri ilə yanaşı humanitar məqsədlər üçün buraya FHN və digər şəkildə tikinti işlərini aparması üçün mühəndislər göndərməsi, həmçinin Humanitar Mərkəz yartaması sülhməramlı missiyasına ziddir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq hesab edir ki, Rusiya sülhməramlı qüvvələri burada yalnız təhlükəsizliyi təmin etməlidir:

“Rusiyanın iqtisadi və digər sosial layihələr həyata keçirməsi qanunsuzdur və bu Azərbaycanın suverenliyinə ziddir. Burada humanitar və digər layihələri yalnız Azərbaycan həyata keçirməlidir. Rusiya sülhməramlı qüvvələri yalnız burada təhlükəsizliyi təmin etməlidir.

Biz görürür ki, Moskvanın burada planı sülhün və təhlükəsizliyin təmini deyil, burada ermənilərə avtonom idarə mərkəzi yaratmaqdır. Ümumiyyətlə, Ermənistandan erməniləri Xankəndinə gətirib yerləşdirmək, Vladimir Putinin Qarabağın sosial-iqtisadi vəziyyəti üçün xüsusi müşavirə keçirməsi, Ermənistanla sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı müqavilə imzalaması ciddi şəkildə Rusiyanın heçdə burada sülhməramlı kimi deyil, ermənilərin burada yerləşdirilməsi və onlar üçün yeni bir avtonom mərkəzi yaratmaqdır”.

M. Əsədullazadə qeyd edib ki, Rusiya Qarabağda demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməyə çalışır:

“Rusiyanın Qarabağda bu siyasəti Azərbaycan üçün müsbət perspektivləri yoxdur. Baxmayaraq ki, Rusiya prezidenti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edir. Amma, Qarabağda fəaliyyəti birbaşa sülhməramlı missiyasından kənar bir siyasətdir.

Azərbaycan əhalisi Xankəndiyə köçməli və burada yaşamalı, Rusiya burada üzərinə götürdüyü təhlükəsizliyini təmin etməlidir. Amma, bunu etmir. 1828-ci ildə olduğu kimi Qarabağa erməniləri köçürür, burada demoqrafik quruluşu ermənilərin xeyrinə dəyişməyə çalışır, Rusiyanın Xankəndində fəaliyyəti qanunsuz və sülhməramlı missiya adı ilə möhkəmlənməkdir.

Rusiya rəhbərliyi hesab edir ki, kiçik bir ərazidə möhkəmlənməklə öz geosiyasi məqsədlərinə çatıb. Bu, taktiki ola bilər. Amma Türkiyə qoşunlarının Qarabağda yerləşməsi, strateji ölçüdə Rusiyanı neytrallaşdıracaq və Moskvanın Azərbaycanla bağlı planın qarşısını alacaq.

Azərbayacan diplomatiyası Türkiyə ilə birgə Rusiyanın Xankəndində sülhməramlı missiyasından kənar fəaliyyətinin qarşısının alınması istiqamətində çalışmalıdır. Azərbaycanın suvernliyini Xankəndində təmin edilməsi istqamətində bizi gərgin bir fəaliyyət gözləyir.

Rusiya Cənubi Qafqazda bu fəaliyyəti ilə öz mövqeyinə və etimadına zərbə vurmuş oldu. Ermənistan bir müddətdən sonra Gümrüdəki 1020-ci bazanın çıxarılmasını tələb edəcək. Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri sülhə xidmət etmir, Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir. Azərbaycan bu müharibədə qalib olaraq, öz ərazi bütövlüyünü təmin edib. Rusiyanın hazırkı fəaliyyətinə qarşı Türkiyə-Azərbaycan tandemi qalib gələcək”.


Abunəlik