QAT telekanalların bərbad vəziyyəti ilə bağlı müraciət etdi

Baxılıb:152
QAT telekanalların bərbad vəziyyəti ilə bağlı müraciət etdi

AzTimes.az xəbər erir ki,Qarabağ Azadlıq Təşkilatı (QAT) İdarə Heyətində Azərbaycan telekanalları ilə bağlı vəziyyət geniş şəkildə müzakirə edilib, Televiziya və Radio Şurasının, telekanalların rəhbərlərinə müraciətlərin edilməsi, onlarla görüşlərin keçirilməsi, nəticə olmasa etiraz aksiyalarının keçirilməsinə dair qərarlar qəbul edilib. Akif Nağı bu barədə öz facebook hesabında məlumat verib.

İlk olaraq MRTŞ -nin sədri Nuşirəvan Məhərrəmliyə məktub göndərilib. Məktubda göstərilir: Related image

Azərbaycan telekanallarının faciəli, rüsvayçı, həmçinin təhlükəli vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Heç kəs üçün sirr deyil ki, Azərbaycan telekanalları xalqımızın mənəviyyatına, ruhuna, dövlətimizin təməlinə,əsaslarına qarşı terror və təhdidlə məşğuldur. Bütün ölkələrdə telekanallar milli dəyərlərin təbliği və möhkəmləndirilməsi, düzgün ictimai rəyin formalaşdırılması, milli fəxarət və qürur hissinin gücləndirilməsi  və sair milli maraqlara uyğun fəaliyyətin həyata keçirilməsinə çalışır. Bizim telekanallar  isə tam əksinə, hər nə qalıbsa, vurub dağıtmaqla məşğuldur.
Ərazilərimizin 20 faizinin işğal altında qaldığı dövrdə, telekanallarımızın bu acınacaqlı vəziyyəti daha artıq narahatlıq doğurur. Telekanallar efiri bayağı, zərərli, təhlükəli verilişlərlə doludurlar. Milli maraqlara, xüsusilə də Qarabağ məsələsinə,  Azərbaycana qarşı Ermənistanın törətdiyi işğal faktına demək olar ki, yer verilmir, azsaylı verilişlər isə daha çox düşmənin istəklərinə uyğun məqsədlərə xidmət edir. Məsələn, bəzi telekanallar elə təsəvvür yaratmağa çalışırlar ki, guya əsgərlərimiz döyüşməyiblər, torpaqları qoyub qaçıblar. Bu, düşmənin təbliğat maşınına xidmətdən başqa bir şey deyil. Bu cür təhlükəli məqamlardan daha çox danışmaq olar.
Mövcud təhlükəli vəziyyətlə bağlı bəzi təkilflərimizi Sizə yazırıq:
1.Telekanalların hər birində Qarabağ mövzusunda verilişlərin payı 35-40 faizə çatdlrılsın.
2.İşğal altındakı rayonlarımızın, yaşayış məntəqələrinin hər birinin işğaldan əvvəlki vəziyyətinə aid sənədli filmlərin, bu günkü vəziyyəti ilə bağlı videogörüntülərin davamlı nümayişi təşkil edilsin.
3. Telekanallarda Qarabağ münaqişəsi, Vətən mühairbəsi ilə bağlı davamlı müzakirələr, analitik verilişlər təşkil edilsin.
4.Qarabağ müharibəsi qəhrəmanlarının real və inandırıcı təbliğinə dair verilişlər, filmlər təşkil edilsin.
5. Qarabağ müharibəsi veteranlarının, əlillərin, şəhid ailələrinin problemlərinə dair verilişlər təşkil edilsin.
6.“Qarabağ” adında telekanallar təsis edilsin. Məsələn, “Azad Qarabağ Uğrunda”  (AQU) TV yaradılsın.
7.Telekanallara və radiolara real nəzarət üçün müharibə veteranları, əlilləri, şəhid ailələri, ictimaiyyət nümayəndələrindən ibarət ictimai nəzarət qurumu yaradılsın.
Bu və digər məsələləri müzakirə etmək, ətraflı təkliflər vermək üçün Sizinlə görüşmək istəyir və nümayəndə heyətimizi qəbul etmətyinizi xahiş edirik.

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir