Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi sağlamlığı məhdudiyyətli insanlarla görüşlərini davam etdirir

Baxılıb:211
Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi sağlamlığı məhdudiyyətli insanlarla görüşlərini davam etdirir

 

Bu barədə Versus.Az-a Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri Mətanət Quliyeva (Qüdsi) məlumat verib.

Birliyin sədri bu cür görüşləri davam etdirəcəklərini vurğulayıb:

Şamaxı şəhər 2 saylı Psixonevraloji Sosial Xidmət müəssisəsində olduq. İnklüziv təşkilatın məqsədi əlilliyi olan, həm də tipik səxsləri bir araya gətirməkdir. Onların sevincinə nail olmağımız bizi xoşbəxt edir. İstərdim ki, hər kəs bu insanların sosiallaşması üçün əlindən gələni əsirgəməsin, hər ayın heç olmasa 1 gününü onlarla keçirək”.

Qeyd edək ki, tədbirdə əlilliyi olan ifaçılar, təşkilatın fəal könüllüləri, şən klounlar hər kəsi sevindirmək üçün bacarıqlarını ortaya qoyublar. Şamaxı şəhər 2 saylı Psixonevraloji Sosial Xidmət müəssisəsinin xoş münasibətdən sevinən bu insanları həmin günü xoş əhval-ruhiyyə ilə başa vurublar.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir