Ağdamda Rusiya sülhməramlıları ilə erməni hərbi qüvvələri arasında atışma olub -Ölənlər var – VİDEO

Baxılıb:826
Ağdamda Rusiya sülhməramlıları ilə erməni hərbi qüvvələri arasında atışma olub -Ölənlər var – VİDEO

Ağdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.

AzTimes.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.

“Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək”, – deyə erməni silahlılarına xəbərdarlıq edilib.

Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.

Onlar Paşinyanın imzaladığı kapitulyasiyanı tanımadıqlarını və döyüşməyə davam edəcəklərini bildirirlər. İddialara görə, hətta, rus sülhməramlıları ilə erməni hərbi birləşmələri arasında döyüş olub. Nəticədə, 4 sülhməramlı və 18 erməni ölüb.


Abunəlik