Rusiya olmasaydı, İrəvanın aqibəti… – Kiselyov

Baxılıb:226
Rusiya olmasaydı, İrəvanın aqibəti… – Kiselyov

Nikol Paşinyan “rəngli inqilab” texnologiyalarından istifadə edərək hakimiyyətə gəldiyi ərəfələrdə “artsaxın (keçmiş “dqr” – red.) Ermənistan” olduğunu elan edərək Azərbaycanla danışıqlardan imtina etdi.

Axar.az xəbər verir ki, bu sözləri məşhur rusiyalı teleaparıcı Dmitri Kiselyov “Həftəlik xəbərlər” (Vesti nedeli) proqramında bildirib.

Onun sözlərinə görə, Paşinyanın başı danışıqlar əvəzinə Şuşada rəqs etməyə qarışmışdı:

“Bəs indi? Ermənistan ordusu tamamilə darmadağın olub. Hər şeyi öz adıyla adlandıran Paşinyan fəlakətdən danışır. Bəs Rusiya olmasaydı, Ermənistanın aqibəti necə olardı?

Hazırda Ermənistan üçün çox acı bir məqam var. Psixoloqlar itki təcrübəsini inkar, qəzəb, depressiya və qəbul kimi mərhələlərə bölürlər. İnkar, yəni “ola bilməz” mərhələsi Ermənistan üçün artıq keçib. Hazırda – qəzəb, qarşıda isə depressiya və qəbul mərhələləri var”.


Abunəlik